Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının MEDALI VERİLƏCƏK
    • 19-05-2021, 19:13
    • 481

Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının MEDALI VERİLƏCƏK

Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək.

News24.az xəbər verir ki, bu barədə qərarı Ağdamın "Qarabağ" klubunun rəhbərliyi verib. Əyalət təmsilçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. O, ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək.

Qeyd edək ki, Azərbaycan çempionu və gümüş mükafatçının adına saat 20:30-da başlayacaq "Neftçi" – "Qarabağ" matçında aydınlıq gələcək. /apasport.az