-
- 20-05-2021, 11:00
- 453
Qırğızıstanda 15 gün öncə nazir təyin olunan şəxs RÜŞVƏTƏ GÖRƏ SAXLANILDI
Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini, ölkənin Rəqəmsal İnkişaf naziri Azamat Dyikanbayev saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb. Bildirilib ki, Azamat Dyikanbayev rüşvət almaqda şübhəli bilinir.
Yaxın vaxtlarda ona cinayət törətməkdə şübhəli olduğu bildiriləcək və Bişkekin Pervomayskiy Rayon Məhkəməsi onun həbs olunması ilə bağlı məsələyə baxacaq.
Milli Təhlükəsizlik Dövlət Komitəsindən verilən məlumata görə, Nazirlər Kabineti sədrinin müavini ölkədə Təhlükəsiz şəhər layihəsini həyata keçirən şirkət nümayəndələrindən rüşvət almaqda şübhəli bilinir.
Dyikanbaev bu il mayın 5-də Nazirlər Kabineti sədrinin müavini və Rəqəmsal İnkişaf naziri vəzifəsinə təyin edildi.