Yeni, ağır qrip növü yayılır? - EKSPERTDƏN AÇIQLAMA
    • 20-05-2021, 16:33
    • 377

Yeni, ağır qrip növü yayılır? - EKSPERTDƏN AÇIQLAMA

"Son günlər yeni, ağır qrip növünün yayılması ilə bağlı fikirlər dolaşır. İddia olunur ki, bu qrip koronavirusdan tamamilə fərqlidir".

News24.az olaraq məsələni aydınlaşdırmaq üçün Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə əlaqə saxladıq.


O bildirib ki, yeni qrip növü ilə bağlı labarator təsdiq yoxdur: "Düzdür, yeni qrip növünün yayılması haqda xeyli söz-söhbətlər dolaşır. Amma bununla bağlı ÜST-ün məlumatı olmalıdır. Bilməliyik ki, bu, bu virus infeksiyasıdır, yoxsa mövsümi soyuqdəymə törədən bakteriyalardan biri. Bu identifikasiyalar ortaya qoyulmasa, fikir yürütmək çətindir. Xəstəliyin laborator təsdiqi təqdim edilməlidir".

Məhərrəm ƏLİYEV