Tramp 4 ilə qədər həbs edilə bilər
    • 26-04-2024, 09:13
    • 109

Tramp 4 ilə qədər həbs edilə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 4 ilə qədər həbs edilə bilər. 

News24.az xəbər verir ki, Trampın 2016-cı il prezident seçkiləri öncəsi münasibətdə olduğu ədəbsiz kino aktrisası Stormi Danielsə “susmaq haqqı” ödəməkdə və ödənişi ört-basdır etmək üçün rəsmi qeydləri saxtalaşdırmaqda ittiham olunduğu məhkəmə prosesi başlayıb. 

“Susmaq haqqı” işi olaraq da bilinən işdə prokuror Coşua Steinqlas Trampın əvvəllər tətbiq edilmiş danışma qadağasını pozduğuna görə cərimələnməsini istəyib. Bundan əlavə, 12 nəfərlik məhkəmə münsiflər heyətinin seçimi başa çatıb. Nəhayət, şahidlərin dindirilməsi başlayıb.

Qeyd edək ki, Tramp ABŞ tarixində cinayət işi üzrə mühakimə olunan ilk keçmiş ABŞ prezidentidir. 

Bildirək ki, məhkəmənin sonunda Trampa 4 ilə qədər həbs cəzası verilə biləcəyi deyilir.

Günel Məlikzadə