Əfəndinin finaldakı çıxış sırası bəlli oldu - VİDEO
    • 21-05-2021, 09:41
    • 465

Əfəndinin finaldakı çıxış sırası bəlli oldu - VİDEO

Azərbaycanın "Eurovision" təmsilçisi Əfəndinin 22 may tarixində Rotterdamda keçiriləcək musiqi yarışmasının final gecəsindəki çıxış sırası bəlli olub.

News24.az xəbər verir ki, ifaçı "Mata Hari" mahnısı ilə 21-ci sırada səhnəyə çıxacaq. 

Qeyd edək ki, ötən gün yarışmanın ikinci yarımfinalı keçirilib. Səhənəyə çıxan 17 ölkə təmsilçisindən 10-nu finala vəsiqə qazana bilib.

Bunlar Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın təmsilçiləridir.