Futbol tarixinin xəyallar komandası açıqlandı
    • 22-05-2021, 11:03
    • 464

Futbol tarixinin xəyallar komandası açıqlandı

Futbol tarixinin rəmzi komandaları açıqlanıb.

News24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bütün dövrlərin A və B komandalarını müəyyənləşdirib.

Bu, “11-lik”lər qurumun müxtəlif ölkələrdəki, o cümlədən Azərbaycandakı nümayəndələri arasında keçirilən səsvermə ilə tərtib olunub. Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də əsas komandaya daxil edilib.

Futbol tarixinin xəyallar komandası
Qapıçı: Lev Yaşin (SSRİ);
Müdafiəçilər: Kafu (Braziliya), Frans Bekkenbauer (Almaniya), Franko Barezi, Paolo Maldini (hər ikisi İtaliya);
Yarımmüdafiəçilər: Xavi (İspaniya), Dieqo Maradona (Argentina), Yohan Kroyf (Niderland);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Lionel Messi (Argentina), Pele (Braziliya).