Hindistanda COVID-19-a yoluxanların sayı 26,7 milyonu keçdi
    • 24-05-2021, 11:46
    • 429

Hindistanda COVID-19-a yoluxanların sayı 26,7 milyonu keçdi

Hindistanda son sutka ərzində 222 min 315 nəfərə koronavirus diaqnozu qoyulub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da Hindistanda ümumi yoluxma sayı 26 milyon 752 min 447-yə yüksəlib. 

Həmçinin ölkədə gündəlik virus qurbanlarının sayı 4 min 454 nəfər artaraq 303 min 720-yə çatıb.