Azərbaycanın KTMT-yə üzv olmağına əngəl yarada biləcək səbəb AÇIQLANDI
    • 24-05-2021, 12:11
    • 529

Azərbaycanın KTMT-yə üzv olmağına əngəl yarada biləcək səbəb AÇIQLANDI

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına əngəl yarada biləcək səbəbi açıqlayıb.

News24.az “İzvestiya”ya istinadən xəbər verir ki, A.Rudenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapılarının bütün ölkələrə, o cümlədən Azərbaycana açıq olmalı olduğunu vurğulayıb: "Təşkilatın nizamnaməsinə əsasən üzv dövlətlər arasında diplomatik münasibətlər olmalıdır. Hazırda rəsmi Bakı ilə Yerevan arasında belə əlaqə yoxdur”.