"Gündəmə gəlmək üçün bunu elədim" - MİNA
    • 24-05-2021, 15:10
    • 405

"Gündəmə gəlmək üçün bunu elədim" - MİNA

"Açıq geyindiyimə görə peşimanam".

News24.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn deyib. İfaçı həmçinin də bunları deyib: "Elə geyinən qız deyildim. Sadəcə gündəmə gəlmək və izləyicilərin marağına səbəb olmaq üçün belə etdim. Tam tərsi oldu. İnsanlarda mənə qarşı antipatiya yarandı. Bunun üçün çox peşimanam, lakin yavaş-yavaş düzəltməyə çalışıram. Həmin şəkillər həyatımda problem yaratdılar. Anam mənə daim dəstək olur. Amma gördü ki, bu geyimlər xoş qarşılanmır, tənqidlərə tuş gəlirəm. O da dedi ki, qızım, belə geyinmək olmaz".