Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - Fotolar
    • 24-05-2021, 18:46
    • 568

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı - Fotolar

Bu gün Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlğı xidməti-döyüş fəaliyyətinə başlayıb.

News24.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.