“Anatolian Phoenix-2021” beynəlxalq təlimi başladı
    • 24-05-2021, 19:53
    • 430

“Anatolian Phoenix-2021” beynəlxalq təlimi başladı

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.

News24.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ərazinin maketi üzərində ətraflı brifinq təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunur.

Təlim iyunun 4-dək davam edəcək.