Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anatolian Phoenix-2019” təlimlərindən - VİDEO
    • 23-05-2019, 15:05
    • 759

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anatolian Phoenix-2019” təlimlərindən - VİDEO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.