Suraxanıda qadın meyiti aşkarlandı
    • 25-05-2021, 09:08
    • 383

Suraxanıda qadın meyiti aşkarlandı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Nəsirova Mətanət Şəhriyar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.