-
- 25-05-2021, 15:22
- 562
Azərbaycanda lisey və gimnaziyalara qəbul qaydaları dəyişdi
“Mərkəzləşdirilmiş qaydada qəbul aparan lisey və gimnaziyaların sayı 15-dir, bu lisey və gimnaziyalar pilot layihə olaraq seçilib. Hər il həmin lisey və gimnaziyalara böyük müraciətlər olur”.
News24.az-ın xəbər verir ki, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib.
O qeyd edib ki, lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib: “Artıq şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər. İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək, bir növ ali məktəblərə qəbul imtahanı kimi. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək”.