Azərbaycanlı ifaçı "Ölüm vadisi"ndə - KLİP
    • 26-05-2021, 13:20
    • 435

Azərbaycanlı ifaçı "Ölüm vadisi"ndə - KLİP

Hazırda ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı yeni işini təqdim edib.

News24.az xəbər verir ki, o, Röya Miriyeva ifa etdiyi növbəti "Bulud" adlı trekinə ekran həyatı verib. Klipin çəkilişləri ABŞ-ın 3 fərqli ştatında baş tutub: Kaliforniyadakı Ölüm Vadisində yerləşən duz gölündə, Nevada ştatında yerləşən Las Veqas şəhərində və Nyu York ştatındakı məşhur "Jones Beach"də.

Ekran işinin rejissorluğunu Kaliforniyada fəaliyyət göstərən Röyal İsmayılov və Elçin Süleymanov edib. Nyu York kadrlarını isə Rəsul Məlikzadə çəkib.

Repçi isə öz növbəsində klipdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

Qeyd edək ki, bu O.Zeynallı ilə R.Miriyevanın sayca 3-cü işbirlikləridir.