-
- 27-05-2021, 10:44
- 571
Keçmiş arvadını öldürən ər barədə cinayət işi başlandı
Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluq Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürülüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.