Belçikalıların Kralı Azərbaycan Prezidentini təbrik etdi
    • 27-05-2021, 12:19
    • 272

Belçikalıların Kralı Azərbaycan Prezidentini təbrik etdi

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə və xalqınıza rifah, firavanlıq arzulayır, tezliklə pandemiyanın sona çatacağını görəcəyimizi ümid edirəm".