-
- 13-12-2019, 23:05
- 1 489
"Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirə bilərik"
Futbol üzrə Türkiyə millisi Azərbaycan yığması ilə qarşılaşa bilər.
News24.az xəbər verir ki, bunu "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatında verdiyi açıqlamada deyib.
O, açıqlamasında Bakıya səfərindən də söz açıb:
“Toplanış keçəcəyimiz məkanlara baxmaq, digər məsələlərlə əlaqədar Bakıya getmişdik. Böyük sevgi gördük. Bizi indidən bağırlarına basdılar. Toplanışla bağlı detalları və planlarımzı dəqiqləşdirmək üçün təkrar oraya gedəcəyik. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan millisi ilə yoldaşlıq oyunu da keçirə bilərik. Təbii ki, evdə oynaycağımız duyğusunu bizə indidən yaşadırlar. Avropa çempionatının qarşılaşmalarında da möhtəşəm dəstək veriləcəyini bilirik. Bu baxımdan şanslıyıq”.
Qeyd edək ki, AÇ-2020-nin final mərhələsinin ilk oyununda gələn il iyunun 12-də Romada İtaliya ilə qarşılaşacaq Türkiyə yığması, növbəti iki görüşünü Bakıda – iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəyə qarşı keçirəcək. Hər iki oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.