Millimiz Ukrayna ilə qarşılaşacaq
    • 21-10-2019, 22:49
    • 819

Millimiz Ukrayna ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirəcək.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Matçın noyabrın 19-da keçiriləcəyi bildirilib.
Qeyd edək ki, millimiz Avro-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək.