Bollivud ulduzlarının toy tarixi bəlli oldu
    • 1-11-2018, 17:55
    • 767

Bollivud ulduzlarının toy tarixi bəlli oldu

Uzun müddətdir sevgili olan Hindistanın məşhur aktyorları Dipika Padukon və Ranvir Sinqh nəhayət toy günlərinin tarixini açıqlayıblar.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə R. Sinqh şəxsi twitter hesabında məlumat verib. Bollivud ulduzu belə bir mətnlə toy dəvətnaməsinin şəkilini paylaşıb: "Ailəmizin xeyir-duası və böyük sevgi ilə toy günümüzün 14-15 noyabr tarixində baş tutacağını bildirmək istəyirik. Bu illər ərzində bizə göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə təşəkkür edirik".

Toyun baş tutacağı məkan hələ ki, gizli saxlanır. Amma Hindistan KİV-i toyun İtaliyada - Komo gölünün ətrafında baş tutacağını bildirir. Toyda yalnız cütlüyün yaxınları iştirak edəcək. Hindistana qayıtdıqdan sonra isə toy mərasimi daha da təntənəli şəkildə qeyd ediləcək.

News24.az