YAP Gənclər Birliyinin növbəti iclası keçirildi
    • 27-05-2021, 18:38
    • 354

YAP Gənclər Birliyinin növbəti iclası keçirildi

Mayın 27-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti iclası keçirilib.

News24.az-ın məlumatına görə, Gənclər Birliyinin sədri Bəxtiyar İslamov iclasın gündəliyinə Birliyin tərkibində komitələrin təsis olunmasının, üzvlərin müəyyən edilməsinin, eyni zamanda komitələrin fəaliyyət planlarının hazırlanmasının daxil edildiyini bildirib. 

İclasda 6 üzvdən ibarət Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, Milli dəyərlər, Rayon təşkilatları və QHT-lərlə iş və Şəhid ailələri və qazilərlə iş komitələri formalaşdırılıb.

Həmçinin komitələrin fəaliyyət planları müzakirə olunaraq qəbul edilib.

İclas YAP Gənclər Birliyinin fəaliyyətinə dair cari məsələlərin müzakirəsi ilə davam etdirilib.