Ağcabədidə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub - VİDEO
    • 1-06-2021, 12:16
    • 449

Ağcabədidə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış suları dolub - VİDEO

Bir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağmış yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub.

Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.