Bakıda avtomobil qarət edildi
    • 1-06-2021, 12:44
    • 341

Bakıda avtomobil qarət edildi

Bakıda avtomobildən oğurluq edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisində P.Məsimova məxsus avtomobildən içərisində bank kartları olan pulqabısını oğurlamaqda və hesabından 2210 manat pul çıxarmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Qədirli saxlanılıb.