Xəzər dənizini çirkləndirənlərin nəzərinə! - Məhkəməlik ola bilərsiz
    • 1-06-2021, 16:12
    • 432

Xəzər dənizini çirkləndirənlərin nəzərinə! - Məhkəməlik ola bilərsiz

“Dənizi çirkləndirən istər fərdi, istərsə də hüquqi və fiziki şəxslər tərəfimizdən aşkar olunur. Onlara qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq inzibati tədbirlər görür”. 

News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” hesabında yayımlanan “Ekspert saatı” verilişində nazirliyin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, bu hallarda məcburi göstərişlər verilir və təkrarlandığı halda cərimə sanskiyaları tətbiq olunur: “Biz maksumum çalışırıq ki, belə halların qarşısı alınsın. Hətta bu məsələlər məhkəməyə qədər gedib çıxır”.