-
- 1-06-2021, 16:24
- 448
İstifadəyə yararlı və yararsız çimərliklərin SİYAHISI AÇIQLANDI
2021-ci il dəniz mövsümündə əhalinin istifadəsi üçün yararlı və yararsız çimərliklər açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” hesabında yayımlanan “Ekspert saatı” verilişində ETSN-nin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov məlumat verib.
O, bildirib ki, Qaradağ rayonu Sahil qəsəbəsinin, Səbail rayonunun Şıx ərazisində yerləşən çimərliklər, həmçinin, Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan çimərlikləri ötən illərdə olduğu kimi aparılan baktereoloji təhlillərin nəticələri əsasında yenə də çirkli müəyyən olunub: "Sadaladığımız bu çimərlikləri əhalinin istifadəsi üçün tövsiyyə etmirik. Çünki, burada baktereoloji çirklənmə var. Bu da öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər”.
N.Mahmudov qeyd edib ki, ilkin nəticələrə görə, Novxanı, Goradil, Nardaran, Zuğulba çimərlikləri əhalinin istifadəsi üçün yararlıdır: "Digər çimərliklərlə bağlı təhqiqatlarımız isə davam edir. Bu bölgələrimizə də aiddir. Yaxın vaxtlarda onları da elan edəcəyik”.