Moskvada Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı danışıqlar keçiriləcək
    • 2-06-2021, 10:10
    • 573

Moskvada Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı danışıqlar keçiriləcək

Azərbaycan və Ermənistan nümayəndələri arasında sərhəddəki vəziyyətlə bağlı danışıqlar Moskvada keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, danışıqlarda Azərbaycan tərəfdən Xarici Kəşfiyyatın rəhbəri Orxan Sultanov, Ermənistan tərəfdən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan, Rusiya tərəfdən isə Qarabağdakı sülhməramlı kontingentin komandiri Rüstəm Muradov iştirak edəcək.