Rusiyalı politoloqlar jurnalistlərin minaya düşməsində Ermənistanı ittiham edirlər
    • 4-06-2021, 19:02
    • 693

Rusiyalı politoloqlar jurnalistlərin minaya düşməsində Ermənistanı ittiham edirlər


"Bu gün faciə baş verib. Kəlbəcərdə, azad olunmuş ərazilərdə Azərbaycan Televiziyasının və Azərtac-ın jurnalistlər minaya düşərək həlak olublar. Həmçinin başqa vətəndaşlar həlak olub. Mən həlak olanların ailələrinə başsağlığı verirəm. Və bir daha demək istəyirəm ki, bütün bunlarda bu gündə qədər mina xəritələrini təqdim etməyən Ermənistanın siyasəti və aqressiv erməni hərbi dairələri günahkardır".  

Bunu News24.az-a rusiyalı polotoloq Yevgeni Mixaylov deyib. 



"Biz indiyədək Ermənistan tərəfinin azad olunmuş ərazilərə diversantlar göndərdiyini müşahidə edirik. Bu diversantların qoyduğu mina, bomba və digər partlayıcı qurğuların işə düşməsi nəticəsində hərbçilərlə yanaşı, sadə insanlar, jurnalistlər, həkimlər həlak olurlar. Mən hesab edirəm ki, bu, böyük faciədir və bütün dünya bu hadisəyə reaksiya verməlidir. Mənim fikrimcə, bütün dünya jurnalistlərinin birləşib bu hadisə ilə əlaqədar etirazını bildirməsi vacibdir. Ermənistandan minalanmış ərazilərin xəritəsini təqdim etməklə yanaşı, regionda münaqişənin eskalasiyasına son qoyması tələb olunmalıdır" - deyə o qeyd edib.


Rusiyalı politoloq Vitali Arkov da News24.az-a açıqlamasında baş verən hadisədə rəsmi İrəvanın günahkar olduğunu bildirib: 
"Bu gün Qarabağda baş verən faciə öz xidməti vəzifəsini yerinə yetirən həmkarlarımızın - Azərbaycan jurnalistlərinin həyatına son qoydu. Rusiya siyasi ekspertləri və media ictimaiyyəti adından həlak olanların yaxınlarına və dost Azərbaycan xalqına başsağlığı verirəm.
Həlak olan jurnalistlər Rusiya rəhbərliyinin, şəxsən prezident Putinin vasitəçiliyi sayəsindəh Qərbi əməliyyatların başa çatmasından sonra çox təəssüf ki, regionda minaya düşən ilk dinc sakinlər deyillər. Uzun illər davam edən Qarabağ münaqişəsinin dəhşətli sonuclarından biri də minalanmış böyük ərazilərdir. Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri peşəkar rusiyalı həmkarlarının dəstəyi ilə əraziləri minalardan təmizləyirlər. Rəsmi İrəvan isə insanların minalara düşməməsinin qarşısının alınmasına və ərazilərin minalardan tez təmizlənməsinə mane olur. Bundan əlavə, erməni hərbçilər bu gün yeni təmas xəttini minalayırlar. Bu məsələ Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı müzakirə edilməlidir və problem təcili həllini tapmalıdır".

Nilay NURƏLİ