ETSN Altıağac Milli Parkında tədbir keçirir
    • 5-06-2021, 12:23
    • 501

ETSN Altıağac Milli Parkında tədbir keçirir

5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günüdür.

News24.az xəbər verir ki, bu günlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkında tədbir keçirilir.
Tədbirdə Nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, dünya əhalisnin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il  bu“Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.