-
- 5-07-2019, 14:13
- 1 082
YAP və ETSN-nin birgə fəaliyyət planı təqdim edilib
İyulun 5-də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə fəaliyyət planının təqdimatı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təqdimatda YAP sədrinin müavini-icra katibi, Ekologiya və Təbii Sərvətlər naziri, partiyanın üzvləri və nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasının vacibliyi, mövcud ekoloji problemlərin həlli istiqamətində ölkə başçısının diqqət və qayğısı ilə həyata keçirilən layihələr və perspektiv planlarla bağlı çıxışlar olub.
Qeyd edək ki, birgə fəaliyyət planı ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə geniş ictimaiyyətin iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır.
Sonda ETSN və YAP arasında birgə fəaliyyət planı ilə bağlı sənəd imzalanıb.