Qaxda ton yarım çətənə kolu yandırıldı
    • 22-05-2021, 10:05
    • 341

Qaxda ton yarım çətənə kolu yandırıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.