Səkkiz müəllimə səhvən altı doza COVID-19 peyvəndi vuruldu
    • 7-06-2021, 15:24
    • 438

Səkkiz müəllimə səhvən altı doza COVID-19 peyvəndi vuruldu

İspaniyada məktəblərindən birinin səkkiz müəlliminə səhvən koronavirus peyvəndinin bir dəfəyə 6 dozası vurulub. 

News24.az xəbər verir ki, hadisə həkim səhlənkarlığı ucbatından baş verib. Həkimlər səhvən hər kəsə "Pfizer" vaksinin altı dozalı flakonunundakı məhlulunu bir dəfəyə inyeksiya ediblər.

Müəllimlərdə vaksinasiyadan sonra hər hansı yan təsirin müşahidə edilmədiyi bildirilib.