"Ermənistanın yeganə xilas yolu budur" - AÇIQLAMA
    • 8-06-2021, 10:51
    • 361

"Ermənistanın yeganə xilas yolu budur" - AÇIQLAMA

"44 günlük “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan öz tarixi qələbəsini əldə etdi. Bu qələbəni addımbaaddım möhkəmləndirməkdə davam edəcəyik. Bunun başqa bir yolu yoxdur".

Bunu News24.az-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.


O bildirib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan mənfur düşmən reallıqla təxribat xülyalarından əl çəkməlidir: “Əks təqdirdə Azərbaycan ordusu antiterror əməliyyatını həyata keçirib, istənilən anda sərt cavabını verə bilər. Bu hadisələrin yaşanmaması üçün Ermənistan regionda Azərbaycanın yaratdığı yeni reallıqla barışmalıdır. Ermənistan bu regionda sabit şəraitdə yaşamaq istəyirsə, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərini saxlamalıdır. Biz bunu illərdir deyirdik. Əgər onlar hələ də bunu dərk etmirlərsə, torpaq iddiaları ilə yaşayırlarsa, beləliklə, onlar özləri öz hökmlərini vermiş olurlar. Ermənistan tərəfi daşnaq düşüncəsindən uzaqlaşmalıdır. Xilas yolları budur”.