Lənkəranda 14 yaşlı qızı nişanladılar
    • 7-06-2021, 19:30
    • 522

Lənkəranda 14 yaşlı qızı nişanladılar

Lənkəran şəhərində İstirahət Mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilib.

News24.az xəbər verir ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub.

Məlumatda bildirilir ki, 14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır.
Qızcığazın özündən 24 yaş böyük olan Seymur adlı nişanlısı Rusiya Fedrasiyasının vətəndaşıdır. Onun Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Dərs ilinin sona çatmasını gözləyən cütlüyün yaxın günlərdə Rusiyaya köçəcəyi deyilir. 

Bədəlan kənd tam orta məktəbin direktoru Arif Mehtiyev və Bədəlan kənd ərazi nümayəndəsi Rza Nağıyev belə bir hadisənin olmasını təkzib edib.