Ebru Gündeşin Bakı konsertindən - FOTOLAR
    • 3-11-2018, 23:45
    • 1 817

Ebru Gündeşin Bakı konsertindən - FOTOLAR

3 noyabr tarixində Türk musiqisinin əfsanəvi səsi, tanınmış müğənni Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib. 

News.24 xəbər verir ki, musiqili gecə Heydər Əliyev Sarayında baş tutub. 

Sənətçi uzun illər sonra Azərbaycana gələrək pərəstişkarları ilə görüşüb. 

Ebru, əvvəlcə səhnəyə çıxaraq hər kəsi salamlayıb, daha sonra isə Bakı üçün çox darıxdığını bildirib: "Mən darıxmışdım, bəs siz? Biz bir millət, iki dövlətik. Sizi çox sevirəm və bilirəm bu, qarşılıqlıdır" 

O, gecədə öz repertuarı ilə yanaşı, "Daşlı qala, "Olmaz-olmaz" kimi Azərbaycan mahnılarını səsləndirib. 

İfaçı səhnəyə azərbaycanlı müğənni Aygün Mahmudovanı dəvət edib və ona "Ayrılıq" mahnısını ifa etməsini söyləyib. Aygünün duet arzusuna isə Gündeş yox cavabı versə də sonradan on qoşulub. 

Xatırladaq ki, A.Mahmudova E.Gündeşin Türkiyədə münsiflər heyəti olduğu musiqi yarışmasına qatılmışdı. 

Ebrunu görməyə gələnlər onu gül yağışına tutdu. Şəkil çəkdirmək, ona sarılmaq və səhnəyə çıxmaq üçün növbə yaransa da, musiqi kraliçası bundan da imtina etdi. 

Rəqs qrupu və peşəkar orkestrı ilə səhnəni dolduran Ebru, konsertin öhdəsindən gəldi. Bir sözlə, oxuduqca oxuyan Ebru Bakı tamaşaçılarına unudulmaz anlar yaşatdı. 

Türkan Məmmədli
FOTOLAR: Nuran Məmmədov