Zəngilanda narkotik tərkibli bitkilər aşkar edildi - Fotolar
    • 10-06-2021, 12:41
    • 400

Zəngilanda narkotik tərkibli bitkilər aşkar edildi - Fotolar

Zəngilanda narkotik tərkibli bitkilər aşkar edilib. 

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 300 kiloqram olan 1050 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.