-
- 16-06-2021, 14:10
- 714
“Füzuli” yarımstansiyası istifadəyə verildi
İşğaldan azad edilən Füzuli rayonunda yeni tikilən “Füzuli” yarımstansiyası istifadəyə verilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
O bildirib ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV-luq yarımstansiyalar inşa olunur.
“Hazırda 110/35/10 kV-luq Füzuli yarımstansiyasındayıq. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyekləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək”.
O qeyd edib ki, 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub:
“Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq. Hazırda Qarabağda və ətraf ərazilərdə bu istiqamətdə işlər davam etdirilir”./Axar/az/