Bakıda Türkiyə - Uels futbol oyununun azarkeşlərinin daşınmasına başlanıldı
    • 16-06-2021, 18:17
    • 303

Bakıda Türkiyə - Uels futbol oyununun azarkeşlərinin daşınmasına başlanıldı

Bakı Nəqliyyat Agentliyi Türkiyə-Uels futbol oyununun azarkeşlərini ekspress xət avtobusları ilə daşınmasına başlayıb.

News24.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, azarkeşlər müəyyən edilmiş yerlərdən Bakı Olimpiya Stadionuna daşınır və bu məqsədlə tələbatına uyğun avtobuslar cəlb olunub. Eyni zamanda təyinat məntəqələrinə yaxın ərazilərdə ehtiyat avtobuslar da hazır vəziyyətdə saxlanılır.