AVRO-2020: Beş penaltidən yalnız biri dəqiq olub
    • 17-06-2021, 19:48
    • 699

AVRO-2020: Beş penaltidən yalnız biri dəqiq olub

AVRO-2020-də indiyədək qapılara ümumilikdə 5 penalti təyin olunub.

News24.az xəbər verir ki, bunlardan yalnız biri qolla nəticələnib. Digər 4 zərbə zamanı ya qapıçılar yaxşı oynayıblar, ya da futbolçular qeyri-dəqiq olublar.

Turnirdə hələlik 11 metrlik cərimə zərbəsindən fərqlənən yeganə futbolçu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. 36 yaşlı hücumçu Macarıstanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zərbəni dəqiq yerinə yetirib.

Penaltini boşa verənlər isə Danimarka millisindən Pyer-Emil Heyberq, Uelsdən Qaret Beyl, Şimali Makedoniyadan Özcan Alioski və Ukraynadan Ruslan Malinovskidir. /report.az