AVRO-2020: Ukrayna millisi ilk qələbəsini qazandı
    • 17-06-2021, 19:14
    • 816

AVRO-2020: Ukrayna millisi ilk qələbəsini qazandı

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura start verilib.

News24.az xəbər verir ki, Ukrayna millisi Şimali Makedoniya yığması ilə qarşılaşıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüş Andrey Şevçenkonun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 29-cu dəqiqədə ukraynalıların heyətində Andrey Yarmolenko vurub. Cəmi 5 dəqiqə sonra Roman Yaremçuk fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Şimali Makedoniya millisinin müdafiəçisi Özcan Alioski buraxılan qollardan birinin əvəzini çıxıb. Onun yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf etsə də, topa hamıdan tez çatan Alioski adını tabloya yazdırıb. 84-cü dəqiqədə Ukrayna yığması 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Ruslan Malinovskinin fərqlənməsinə qolkiper Stole Dimitrevski imkan verməyib. Bu qələbədən sonra xallarını 3-ə çatdıran Ukrayna 3-cü pillədəki yerini qoruyub. Xalı olmayan Şimali Makedoniya isə sonuncudur.

Qeyd edək ki, bu qrupun digər oyununda Niderland və Avstriya yığmaları üz-üzə gələcəklər.