Qubada elektrik naqilləri qırılaraq taxıl sahəsinə düşüb, yanğın baş verib
    • 17-06-2021, 20:00
    • 448

Qubada elektrik naqilləri qırılaraq taxıl sahəsinə düşüb, yanğın baş verib

Quba rayonunda taxıl sahəsində yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə Sofikənd kəndində qeydə alınıb. Yanğına biçilməmiş taxıl sahəsinə elektrik naqillərinin düşməsinin səbəb olduğu bildirilir.

Nəticədə 20 hektara yaxın əkin sahəsinin bir hektarı yanıb, digər hissəsi isə yanğından mühafizə olunub. Hadisə yerinə Quba rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb

Faktla bağlı araşdırma aparılır. /report.az