Bakıda maşın avtobusla toqquşdu
    • 18-06-2021, 18:49
    • 373

Bakıda maşın avtobusla toqquşdu

Bakı şəhəri, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobili toqquşub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.