Bu gün peyvənd olunanların sayı açıqlandı- FOTO
    • 20-06-2021, 16:59
    • 429

Bu gün peyvənd olunanların sayı açıqlandı- FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.