-
- 5-11-2018, 18:21
- 1 670
Əlinə keçəni yeyən aktrisanın fit bədəninin sirri...
Şəkilləri ilə sosial mediada diqqət çəkən Azərbaycan əsilli türk aktrisası Nəsrin Cavadzadə fit bədəninin sirrini açıb; əvvəl yeyir, sonra qaçır. News24.az Türkiyə mətbuatına istinadən bildirir ki, aktrisa yuxarıdakı göbəyiaçıq şəklini instagram hesabında paylaşınca izləyicilər bəyəni "yağışına" tutdular. Çoxu onun bədəninə heyran olduğunu yazarkən, bir izləyicinin "üç lazhmacun və bir künəfə yedikdən sonra bu bədəni görməməli idim" yazmasına N. Cavadzadə bu cavabla reaksiya verib: "And içirəm ki, mən də yeyirəm, amma sonra da qaçıram". Fit bədəni ilə aktrisalar arasında ən məşhuru olan Nəzrinin and içməsi izləyicilərinin mübahisəsinə səbəb olub. Aralarında ona inanalar da, inanmayanlar da yer alıb.
News24.az
News24.az