3 ölkənin XİN başçıları Bakıya gələcək
    • 22-06-2021, 13:10
    • 476

3 ölkənin XİN başçıları Bakıya gələcək

Rumıniya, Litva və Avstriya xarici işlər nazirləri Azərbaycana gələcək.

News24.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitter hesabında yazıb.

O bildirib ki, 24-26 iyun tarixlərində Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrelin mandatı əsasında üç ölkənin XİN başçıları Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcəklər.