"Ona olan haqsızlıqlar məni çox sarsıtdı" - Amaliya Pənahova rolunun ifaçısı - VİDEOMÜSAHİBƏ
    • 22-06-2021, 18:34
    • 1 717

"Ona olan haqsızlıqlar məni çox sarsıtdı" - Amaliya Pənahova rolunun ifaçısı - VİDEOMÜSAHİBƏ

Hər kəsin yaxşı tanıdığı, sevdiyi, özünəməxsus danışıq tərzi, jestləri, səs tembri ilə yaddaşlara köçən insanların obrazını yaratmaq, canlandırmaq çox böyük məsuliyyətdir.

Ələlxüsus da, çılğın, hər rolunu bir başqa emosianallıqla oynayan birinə dönüşməyi bacarmaq, onun ifa tərzini, yaşantılarını anlatmaq yüksək peşəkarlıq tələb edir. Yəni bunun üçün təkcə zahiri görünüş yox, həm də qəhrəmanını duymaq,  hiss etmək mütləqdir.
Söhbət Azərbaycan kino və teatr sənətinə “Mənim günahım”ın Nurcahanından “Babək”in Zərnisəsinədək, “Mahnı dağlarda qaldı”dakı Şahnazdan “Arxadan vurulan zərbə”dəki Zibayadək fərqli, yaddaqalan obrazlarla öz möhürünü vuran Amaliya Pənahovadan gedirsə, bunun yükü ikiqatdır.

Amma həmsöhbətimiz olan Aygün Fətullayeva nə bu obrazın diqtə elədiyi özəlliklərdən, nə də seyrçilərinin Amaliya xanıma olan sevgisinə şərik çıxmaqdan çəkinməyib.


27 yaşlı  aktrisa İTV-nin gerçəkləşdirdiyi "Onun qəribə taleyi. Amaliya Pənahova" filmiylə həm də səhnədə, sənətdə öz yolunu çızıb.
Aktrisa karyerasına ustad sənətkarın xatirəsinə olan sevgisi, sayğısı ilə xeyir-dua alıb.


Bəs, onun Amaliya Pənahova obrazı ilə yolu necə kəsişib? Bu haqda  News24.az-ın hazırladığı videoreportajda:

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov