"Amaliya xanım bəziləri kimi özünü efirlərdə xəstəliyi ilə reklam etmədi, ağlamadı..."
    • 9-11-2018, 15:51
    • 1 210

"Amaliya xanım bəziləri kimi özünü efirlərdə xəstəliyi ilə reklam etmədi, ağlamadı..."

"Amaliya xanım əsl kişi qızı kimi hərəkət etdi. Bəziləri kimi xəstəliyi ilə özünü reklam etmədi, ağlamadı".

Bu sözləri əməkdar artist, Prezident mükafatçısı Novruz Qartal deyib. O bildirib ki, Amaliya Pənahova kimi sənətkarın ölümü Azərbaycan mədəniyyəti üçün ağır itkidir:

"Bu gün, doğurdan da, ağır gündür. Azərbaycan teatr, kino sənətində ən dəyərli yeri olan, fərqli obrazlar yaradan görkəmli aktrisamızı itirdik. A.Pənahova zəhməti lə yaşayıb, öz əziyyəti ilə Bələdiyyə teatrını yaradıb. Onun yoxluğu Azərbaycan mədəniyyətini sevən hər bir insanı sarsıdıb. Hamı gedəcək, amma yadda qalan, yaddaşlara həkk olan sənətkarlar əbədi yaşayır".

N.Qartal xərçəng xəstəliyindən əziyyət çəkdiyini hər kəsdən gizləyən A.Pənahovanın bu addımına haqq verib:

"Amaliya xanım kişi qızı kimi hərəkət etdi. Bəziləri kimi xəstəliyi ilə özünü reklam etmədi, ağlamadı. Ölənə kimi Bələdiyyə Teatrında oldu, ağrılara dözdü, xalq bunları bilmədi. Allah rəhmət eləsin, qəbri nurla dolsun".

//Big.az