MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
    • 23-06-2021, 14:20
    • 508

MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

İyunun 23-24-də Rusiya və Özbəkistanda MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iş planına uyğun olaraq toplantısı keçiriləcək.

News24.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, toplantı əvvəlcə Rusiyada sonra Özbəkistanda olacaq. MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının belə toplantıları iş planına əsasən müntəzəm olaraq keçirilir.