-
- 23-06-2021, 16:03
- 753
YAP-ın Xətai rayon təşkilatının XII hesabat konfransı keçirildi
İyunun 23-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
News24.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Xətai rayon təşkilatının sədr əvəzi Yeganə Qurbanova hesabat məruzəsi ilə çıxış edib. Yeganə Qurbanova bildirib ki, 30 illik müstəqillik tarixinə malik olan Azərbaycanın inkişafında, qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Onun sözlərinə görə, partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində də Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qarabağımızı işğaldan azad edib, böyük zəfərə imza atıb.
Məruzədə qeyd olunub ki, YAP Xətai rayon təşkilatı 1993-cü il fevralın 13-də təsis olunub. Yarandığı zaman təşkilat özündə 25 ərazi ilk partiya təşkilatını və 500 nəfər üzvü birləşdirirdi. Hal-hazırda isə YAP Xətai rayon təşkilatında ilk ərazi təşkilatlarının sayı 132, üzvlərinin sayı isə 16 min 600 nəfərdir. XI konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 840 nəfər daxil olub. Onların 404 nəfəri gənclər, 327 nəfəri isə qadınlardır. Ümumilikdə, təşkilat üzvlərinin 4 min 229 nəfərini gənclər, 8 min 74 nəfərini isə qadınlar təşkil edir. Təşkilat YAP-ın Nizamnaməsinə və Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirməyə çalışır.
Bildirilib ki, hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar rayon təşkilatı tərəfindən aztəminatlı ailələrə maddi yardım göstərilib. Eyni zamanda, YAP Xətai rayon təşkilatının nümayəndələri mütəmadi olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə baş çəkir, onlara öz maddi və mənəvi dəstəklərini göstərirlər.
Sonra YAP Xətai rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Məhəmməd İbrahimovun hesabatı dinlənilib.
Daha sonra məruzə ətrafında çıxışlar başlanıb. YAP Xətai rayon təşkilatının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli, YAP Xətai rayon təşkilatının Şura üzvləri Pənah İmanov və Zöhrə Mehdiyeva, YAP Gənclər Birliyinin üzvü Emil Aslanlı çıxış edərək YAP Xətai rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir. Artıq partiyanın yerli təşkilatlarının növbəti hesabat konfranslarına start verildiyini deyən Əhliman Tağıyev YAP Xətai rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.