Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək
    • 18-06-2019, 16:59
    • 738

Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.


Milli Məclisin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr  anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.


Deputatımız dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.


Səfər iyunun 23-də başa çatacaq.