Putin Paşinyana zəng etdi
    • 24-06-2021, 19:02
    • 488

Putin Paşinyana zəng etdi

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, danışıq zamanı Vladimir Putin Paşinyanı seçkilərin uğurlu keçirilməsi ilə bağlı təbrik edib. Tərəflər həmçinin bölgədəki vəziyyəti, 9 Noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bəndlərinin həyata keçirilməsindəki irəliləməyə də toxunublar.